Gənclər və idman naziri "Olimpiya" klubunun üzvləri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Bakı Olimpiya Stadionunda yerləşən "Olimpiya" klubunun üzvləri ilə görüşüb.
Mediasport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti bildirib.
Nazir burada fəaliyyət göstərən MMA, güləş və boks bölmələrinin fəaliyyəti ilə də maraqlanıb.
Fərid Qayıbov həmçinin məşqçilər Gözəl Zutova və Yusif Əliyevlə fikir mübadiləsi aparıb, idmançılarla söhbət edib, onların hazırlıqları ilə maraqlanıb.