Azərbaycan millisinin keçmiş üzvü maliyyə fırıldağında ittiham edilir

Azərbaycan millisinin keçmiş üzvü maliyyə fırıldağında ittiham edilir

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının keçmiş üzvü Samirə Mustafayeva Rusiyada "qara siyahı"ya düşüb.

Bu ölkənin Daxili İşlər Nazirliyi Dünya çempionatlarının mükafatçısını maliyyə fırıldaqlarında günahlandırır.

2008, 2009 və 2010-cu illərdə keçirilən Dünya birinciliklərində yığmamızın heyətində komanda və şəxsi yarışlarda bürünc medal qazanmış Mustafayeva vergidən yayınmaqda və külli miqdarda "çirkli pulların yuyulması"nda ittiham edilir.

Azərbaycan yığmasından sonra Rusiya milli komandasında da çıxış etmiş və hazırda blogerliklə məşğul olan Sankt-Peterburq doğumlu 30 yaşlı idmançı barəsində toplanan materiallar istintaqa göndərilib.

2008-ci ildə Yaponiyada klub səviyyəsində dünya üçüncüsü olmuş Samirə komanda şəklində bürünc medallardan birini də "gündoğar ölkə"də qazanıb. 2010-cu ildə isə Rusiyadakı DÇ-nin üçüncüsü olub.

mediasport.az