Fiaskoya uğramış anlaşma - "Sumqayıt" Baqanı qovdu

Fiaskoya uğramış anlaşma - "Sumqayıt" Baqanı qovdu

10 ay əvvəl Sumqayıt"a baş məşqçi təyin olunan Aleksey Baqa ilə yollar ayrılıb. "Gənclik şəhəri" təmsilçisini tarixində ilk dəfə avrokuboklara çıxarmış Ayxan Abbasovu komandadan uzaqlaşdıran rəhbərliyin addımı, beləcə, fiaskoya uğramış oldu.

MediaSport.az xəbər verir ki, klubun yaydığı məlumatda belaruslu mütəxəssislə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilir. "Sumqayıt"ın cari mövsüm qələbəsi yoxdur. Komanda keçirdiyi 7 oyuna 3 xal qazanıb.