"Azərbaycanda yaşamaq xoşdur" - Cənubi amerikalı Felipe Santos

"Azərbaycanda yaşamaq xoşdur" - Cənubi amerikalı Felipe Santos

"Araz-Naxçıvan"ın braziliyalı futbolçusu Felipe Santos ölkəsinin mətbuatına açıqlama verib.

Mediasport.az xəbər verir ki, cənubi amerikalı ölkəmiz haqqında fikirlərini bölüşüb:

"Burada - Azərbaycanda bizim braziliyalılar çoxdur. Bu ölkədə bizi çox yaxşı qəbul edirlər. Çünki biz futbol və mədəniyyətdə başqalarının çatmaq istədiyi nümunəyik. Azərbaycana gələn istənilən şəxs özünü evindəki kimi hiss edir".

Felipe azərbaycanlıların qonaqpərvər olduqlarını söyləyib:

"Onlar istənilən an kömək etməyə hazırdırlar. Azərbaycanda yaşamaq xoşdur. Çıxış etdiyim "Araz-Naxçıvan"da da braziliyalılar çoxdur. Bu amil komandaya uyğunlaşmağa kömək edir. Komandamıza yeni zirvələrə çatmaqda, layihənin yaxşı nəticələrlə həyata keçməsinə çalışırıq".

Dünən "Araz-Naxçıvan"ın "Neftçi"ni məğlub etdiyi oyunda Muxtar Respublika təmsilçisinin yeganə qolunun müəllifi Felipe olmuşdu.

Braziliyalı 6 qolla bombardirlər yarışında zirvəyə şərikdir.