FİFA "The Best" mükafatlarının bütün qalibləri müəyyənləşib

 FİFA "The Best" mükafatlarının bütün qalibləri müəyyənləşib

İngiltərənin London şəhərində FİFA-nın “The Best” mükafatlarının qaliblərə təqdim olunması mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, ki, 2023-cü ilin nəticələrinə əsasən ən yaxşı kişi futbolçu ABŞ-nin “İnter" (Mayami) klubunun argentinalı ulduzu Lionel Messi, qadın futbolçusu isə İspaniya yığması ilə dünya çempionu və "Barselona" ilə UEFA Çmepionlar Liqasını qazanmış Aytana Bonmati seçiliblər.

Maraqlıdır ki, Messi tədbirdə iştirak etməyib.


Ən yaxşı kişi futbolçu

Lionel Messi (“İnter" (Mayami) / Argentina)

Ən yaxşı qadın futbolçu

Aytana Bonmati (“Barselona”, İspaniya)

Ən yaxşı kişi baş məşqçi

Xosep Qvardiola (“Mançester Siti” / İspaniya)

Ən yaxşı qadın baş məşqçi

Sarina Viqman (İngiltərə millisi / İngiltərə)

Ən yaxşı kişi qapıçı

Ederson (“Mançester Siti” / Braziliya)

Ən yaxşı qadın qapıçı

Meri Örps (“Mançester Yunayted” / İngiltərə)

Fair Play mükafatı

Braziliya milli komandası

“Puşkaş mükafatı”

Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol

“Ən yaxşı azarkeş” mükafatı

Huqo Daniel (Argentinanın "Kolon" klubunun azarkeşi. Oyun zamanı tribunada qucağında körpə uşağını qidalandırması ilə seçilib)

“İlin rəmzi komandası”

Qapıçı: Tibo Kurtua

Müdafiəçilər: Kayl Uolker, Con Stounz, Ruben Diaş

Yarımmüdafiəçilər: Bernardu Silva, Kevin De Brüyne, Cud Bellingem

Hücumçular: Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe, Vinisius Junior.