"Olimpiakos"un ispan baş məşqçisi: "Bizim Avropada nüfuzumuz var"

"Olimpiakos"un ispan baş məşqçisi: "Bizim Avropada nüfuzumuz var"

"Olimpiakos"un baş məşqçisi Miçel Qonsales Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında sualları cavablandırıb.

MediaSport.az xəbər verir ki, ispan mütəxəssis Ağdam təmsilçisi ilə matçda qələbə qazanmaq istədiklərini bildirib:

"Qalib gəlmək istəyirik və bunu bacara bilərik. Başqa düşüncə tərzi yoxdur. Bizim Avropada nüfuzumuz var. Mənim fəlsəfəm həmişə qələbə üçün oynamaqdır. "Qarabağ" bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq".