Afrika Millətlər Kubokunun bütün iştirakçıları müəyyənləşib

 Afrika Millətlər Kubokunun bütün iştirakçıları müəyyənləşib

2024-cü ilin ilk ayında start götürəcək Afrika Millətlər Kubokunun final mərhələsi üçün bütün iştirakçı yığmaları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, siyahıya son olaraq Kamerun və Namibiya milliləri əlavə olunublar.

Yanvarın 14-dən fevralın 11-dək keçiriləcək yarışın final mərhələsinin püşkü oktyabrın 12-də atılacaq. 24 iştirakçı ənənəvi qaydada, hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcək.

Nigeriya, Qvineya Bissau, Burkina Faso, Kabo Verde, Kamerun, Namibiya, Misir, Qvineya, Qana, Anqola, Əlcəzair, Tanzaniya, Mali, Qambiya, Fil Dişi Sahili, Zambiya, Konqo DR, Mavritaniya, Tunis, Ekvatorial Qvineya, Mərakeş, Cənubi Afrika, Seneqal, Mozambik.

Turnirə ev sahibliyini Fil Dişi Sahili edəcək.