Karlo Ançelotti üçün ŞOK! - İtalyan məşqçi 4 il 9 aylıq həbs edilə bilər
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti həbs oluna bilər.
Mediasport.az xəbər verir ki, dünyaşöhrətli italyan vergidən yayınmaqda ittiham olunur.
Bu barədə "Relevo" nəşri məlumat yayıb.
Məlumata görə, 65 yaşlı apenninli "Kral klubu"nda çalışdığı ilk dönəmdə 1 milyon avrodan çox vergidən yayınıb.
Madrid prokurorluğu ilkin baxışda mütəxəssisin 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsi iddiası ilə çıxış edib.
Xatırladaq ki, "Don Karlo" "qalaktikos"u ilk dəfə 2013-2015-ci illərdə çalışdırıb.