DÇ-2022: Finala çıxacaq ilk yığmanı bu hakim müəyyənləşdirəcək

DÇ-2022: Finala çıxacaq ilk yığmanı bu hakim müəyyənləşdirəcək

FİFA Dünya Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutacaq Argentina - Xorvatiya matçını hansı hakimin idarə edəcəyini açıqlayıb.

mediasport.az xəbər verir ki, ilk finalçını Daniele Orsato müəyyənləşdirəcək.

Məşhur italyan hakimə həmyerliləri Çiro Karbone və Alessandro Calyatini yan xətt hakimi kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Birləşmiş Ərəb Əmirliklərindən Məhəmməd Abdulla yerinə yetirəcək.

Argentina - Xorvatiya oyunu sabah “Lusail” stadionunda keçiriləcək. Görüşün qalibi həlledici dueldə Fransa - Mərakeş cütünün güclüsü ilə qarşılaşacaq.