Yassin Benzia kənardan izlədi, Əlcəzair Toqonu darmadağın etdi
Afrika Millətlər Kubokunun seçmə qrup mərhələsində 3-cü turun oyunlarına start verilib.
Mediasport.az xəbər verir ki, birinci oyun günündə 6 qarşılaşma baş tutub.
"Qarabağ"ın futbolçusu Yassin Benzianın milli komandası Əlcəzair Toqoya 5 qol vurub.
"Köhlən atlar"ın üzvü qarşılaşmanı kənardan izləyib.
"Sumqayıt"ın futbolçusu Tresor Mossinin formasını geyindiyi Burundi yığması səfərdə Burkina Fasodan 4 top buraxıb. Təmsilçimiz meydana ikinci hissədə çıxıb.
Xatırladaq ki, 35-ci Afrika Millətlər Kubokunun final mərhələsi 21 dekabr (2025) - 18 yanvar (2026) aralığında Mərakeşdə keçiriləcək.
Afrika Millətlər Kuboku üzrə seçmələr. Qrup mərhələsi
10 oktyabr
C qrupu
Kapo Verde - Botsvana 0:1
Xal durumu: Misir - 6 xal, Kapo Verde - 3 xal, Botsvana - 3 xal, Mavritaniya - 3 xal
E qrupu
Əlcəzair - Toqo 5:1
Xal durumu: Əlcəzair - 9 xal, Toqo - 2 xal, Ekvatorial Qvineya - 1 xal, Liberiya - 1 xal
F qrupu
Qana - Sudan 0:0
Xal durumu: Anqola - 6 xal, Sudan - 4 xal, Qana - 2 xal, Niger - 1 xal
H qrupu
Konqo Demokratik Respublikası - Tanzaniya 1:0
Xal durumu: Konqo DR - 9 xal, Tanzaniya - 4 xal, Efiopiya - 1 xal, Qvineya - 0 xal
J qrupu
Namibiya - Zimbabve 0:1
Xal durumu: Zimbabve - 5 xal, Kenya - 4 xal, Kamerun - 4 xal, Namibiya - 0 xal
L qrupu
Burkina Faso - Burundi 4:1
Xal durumu: Burkina Faso - 7 xal, Seneqal - 4 xal, Burundi - 3 xal, Malavi - 0 xal