"Formula 1" Azərbaycan Qran-prisinə ən çox bilet bu ölkələrdə satılıb
28-30 tarixlərində Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə ən çox bilet satılan ölkələrin adları açıqlanıb.
mediasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞHƏŞ) Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, ən çox bilet müvafiq ardıcıllıqla Niderland, Böyük Britaniya və Gürcüstanda satılıb. İndiyədək azarkeşlər tərəfindən ən böyük maraq 4 günlük tribuna biletlərinə göstərilib. Bakıda ilk dəfə keçiriləcək Sprint yarışı da satışların artmasına təsir edib.
Gülmalıyev bildirib ki, Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb.