2-ci dəfə dünya çempionu oldu
"Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi bəlli olub.
MediaSport.az xəbər verir ki, "Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
Niiderlandlı pilot bununla da karyerasında 2-ci çempionluğunu qazanıb. "Ferrari"dən Şarl Lekler finişə ikinci çatıb. "Red Bull"un digər pilotu Serxio Peres isə 3-cü yeri tutub.
Mövsümün növbəti yarışı oktyabrın 23-də ABŞ-da keçiriləcək.