"Formula 1": Bakı Qran-prisi ilk dəfə sentyabr ayında təşkil olunacaq

"Formula 1":  Bakı Qran-prisi ilk dəfə sentyabr ayında təşkil olunacaq

"Formula 1" üzrə 2024-cü il Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb.

MediaSport.az xəbər verir ki, Bakının ev sahibliyi edəcəyi növbəti mərhələ 13-15 sentyabr tarixlərində təşkil olunacaq.

Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-prisi ilə start veriləcək. İlin son yarışı isə 6-8 dekabrda Əbu-Dabidə olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi ilk dəfə sentyabra təsadüf edəcək.