Sərxoş Maks Ferstappen 3-cü dəfə dünya çempionu olub - "Formula 1"
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" üzrə Qətər Qran-prisinin qalibi olub.
Mediasport.az xəbər verir ki, "McLaren"in sürücüsü Oskar Piastri həmkarının sərxoş vəziyyətdə birinci olduğunu deyib.
O, yarışdan sonra Ferstappenin sərxoş olduğunu öyrənib: "Qətərdəki yarışdan sonra Maksla podiuma çıxmazdan əvvəl söhbət etdik. Həmin vaxt onun səhərə qədər spirtli içki qəbul etdiyini və sərxoş vəziyyətdə qalib gəldiyini öyrəndim. Mən isə finişə ikinci çatmışdım. Amma Ferstappeni başa düşmək olardı. Çünki çempionluq titulunu qazanmışdı və bunu qeyd edirdi. Onun yerində olsaydım, mən də eyni şeyi edərdim".
Xatırladaq ki, Maks Ferstappen Qətər Qran-prisində sprint yarışından sonra çempionluğunu rəsmiləşdirib. Niderlandlı üçüncü dəfə dünya çempionu tituluna yiyələnib.