Frank De Blekere AFFA-da hakimləri başına toplayıb...
Milli Komandaların Təlim-Məşq Mərkəzində Premyer Liqa hakimləri üçün seminar keçirilib.
Mediasport.az xəbər verir ki, tədbirdə Hakimlər Komitəsinin sədri Frank De Blekere və VAR üzrə mütəxəssis Kristof Dierik iştirak ediblər.
Sessiyanın bir hissəsi meydanda, bir hissəsi isə iclas zalında baş tutub. Praktiki dərsin ardından Misli Premyer Liqasında XI turun oyunlarının detallı təhlili aparılıb.
Kristof Dierik VAR-la bağlı təlimatlar verib.
Daha sonra hakim-inspektorlarla iclas keçirilib, hakim idarəçiliyinin qiymətləndirilməsi haqqında təlimatlar verilib.