Dmitrios Çantakias Azərbaycan çempionatları tarixində ilk yunandır

Dmitrios Çantakias Azərbaycan çempionatları tarixində ilk yunandır

“Zirə”nin futbolçusu Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Mediasport.az PFL-ə 29 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib.

Yunanıstanlı futbolçu “Turan Tovuz”la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub.

O, “Zirə”nin heyətində çıxdığı 100 Premyer Liqa qarşılaşmasında 6 qol vurub.

Dmitrios 2020/21 mövsümündən qəsəbə klubunda çıxış edir.

O, Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.