"Sabah"da növbəti ayrılıq - RƏSMİ
"Sabah" yarımmüdafiəçi İldar Alekperovla yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2021/2022 mövsümündən Masazır təmsilçisinin üzvü olan İldar bu müddətdə 44 oyuna çıxıb, 6 məhsuldar ötürmə edib.
Alekperov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində debütünü 8 oktyabr 2021-ci ildə edib.
O, yığmanın heyətində 9 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.