"Neftçi"də ayrılıq - RƏSMİ

"Neftçi"də ayrılıq - RƏSMİ

"Neftçi" yarımmüdafiəçi Fərid Yusifli ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, o, "ağ-qaralar"ın heyətində 4 mövsüm meydana çıxıb və 38 oyun keçirib.

Fərid "Neftçi"yə "Turan Tovuz"dan keçmişdi.

O, 2023/24 mövsümündə paytaxt təmsilçisinin heyətində 12 oyuna çıxmışdı və 2 dəfə sarı vərəqə ilə cəzalanmışdı.