Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarının bir addımlığındadır

Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarının bir addımlığındadır

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləşçilərimizin hamısı yarımfinala yüksəlib.

Mediasport.az xəbər verir ki, onlar finala çıxacaqları halda Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

Xatırladaq ki, ilk iki gündə 4 yunan-Roma və 5 qadın güləşçimiz uğursuz çıxış edib.

Avropa Olimpiya Təsnifat turniri. Yarımfinal

57 kq

Əliabbas Rzazadə - Vladimir Yeqorov (Şimalı Makedoniya)

65 kq

Hacı Əliyev - İslam Dudayev (Albaniya)

74 kq 

Turan Bayramov - Frank Çamizo Markez (İtaliya)

86 kq

Osman Nurmaqomedov - Vasili Mixaylov (Ukrayna)

125 kq 

Georgi Meşvildişvili - Alen Xubulov (Bolqarıstan)