"Gələcək illərdə klub sayının artırılması məsələsinə baxılacaq" - AFFA prezidenti Rövşən Nəcəf
AFFA İcraiyyə Komitəsinin növbəti iclası başa çatıb.
Mediasport.az xəbər verir ki, 4 saatdan artıq davam edən toplantıda, demək olar, yeni qərar qəbul edilməyib.
İcraiyyə Komitəsi Azərbaycan Premyer Liqasında komanda sayının artırılmaması barədə qərar verib.
2024/2025-ci illər mövsümündə də Elitada 10 komanda yarışacaq.
Legioner limiti əvvəlki qaydada, 7+4 (7 əcnəbi+4 yerli) olaraq qalıb. Lakin limit 2025/2026-cı illər mövsümündə 8+3 olacaq.
Premyer Liqada sonuncu yeri tutan “Qəbələ”nin isə yeni mövsümdən 1-ci Liqada çıxış edəcəyi dəqiqləşib.
AFFA prezidenti Rövşən Nəcəf toplantı barədə bunları deyib:
"Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq. Bunun üçün yetərli qədər infrasturktur, idman bazaları olmalı, hakimlər çoxluq təşkil etməlidir. Əsas hədəflərimizdən biri Premyer Liqanın keyfiyyətini artırmaqdır. Lakin gələcək illərdə klub sayının artırılması məsələsinə yenidən baxılacaq".