Dünya çempionatı: Millimiz komanda yarışında medalsız qaldı
Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının komanda yarışları keçirilib.
Mediasport.az xəbər verir ki, 15 ölkə medallar uğrunda mübarizə apardığı mundialda Azərbaycan 10 idmançı ilə təmsil olunub.
Oğlanlar arasında Süleyman Əliyev və Vüsal Qələndərzadə (hər ikisi -73 kq), Aslan Kotsoyev və Süleyman Şükürov (hər ikisi -90 kq), Kənan Nəsibov və Əjdər Bağırov (+90 kq), qızlarda Aydan Vəliyeva və Fidan Əlizadə (hər ikisi -57 kq), Pərvanə Abdullayeva (-70 kq), Nigar Süleymanova (+70 kq) güclərini sınayıb.
Millimiz mübarizəyə 1/8 finaldan qoşulub. Ev sahibi komandaya 4:2 hesabı ilə qalib gələn cüdoçularımız 1/4 finalda Türkmənistanı məğlub ediblər - 4:0.
Yarımfinalda Fransaya uduzan (3:4) miillimiz bürünc medal uğrunda görüşdə Özbəkistana da məğlub olublar - 2:4.
Xatırladaq ki, komandamız fərdi yarışlarda 3 medal qazanıb. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) 3-cü yeri tutub.