Gəncədə yeni stadion - Azarkeş tutumu 16 min nəfər olacaq
Gəncə şəhər stadionu ağ günə çıxmaq üzrədir.
Mediasport.az xəbər verir ki, köhnə arena sökülərək yerində müasir, yeni stadion tikiləcək.
İşlər 2025-ci ildə Gəncədə keçirilməsi nəzərdə tutulan III MDB Oyunlarına qədər yekunlaşdırılacaq. Arenanın azarkeş tutumu 16 min nəfər olacaq.
Sifarişçi Gənclər və İdman Nazirliyi olsa da, layihənin həyata keçirilməsinə cavabdehliyi Gəncə şəhər İcra Hakimiyyəti daşıyacaq.