Milli komandamızın ilk matçını rumıniyalı hakimlər idarə edəcəklər
Qadınlar ibarət futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu İsveçrəyə qarşı keçirəcək.
Mediasport.az xəbər verir ki, həmin qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Referi Alina Peşuya yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Kristina Trandafir yerinə yetirəcək.
B Liqasının 1-ci qrupunun oyunu aprelin 9-da "Liv Bona Dea Arena"da keçiriləcək və saat 16:00-da başlayacaq.