"Qarabağ" çempion oldu
AFFA U-14 Liqasında 2022/2023-cü illər mövsümünün qalibi müəyyənləşib.
mediasport.az xəbər verir ki, çempionluq görüşündə "Qarabağ" və "Sabah"ın müvafiq yaş qrupu üzrə komandaları qarşılaşıblar.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi qızıl medalları təmin edib. Üçüncü yer uğrunda oyunda “Neftçi” “Turan Tovuz” üzərində 1:0 hesablı qələbə qazanıb.
Mövsümün ən yaxşı oyunçusu “Qarabağ”dan Murad İbrahimov, ən məhsuldar futbolçu isə 36 qolla “Astara”lı Məhəmməd Sultanzadə seçilib.