"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov istefa verib
Premyer Liqanın debütantı “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov istefa verib.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, 40 yaşlı mütəxəssis ayrılması ilə bağlı rəhbərliyə müraciət edib.
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Mövsümün sonuna qədər müqaviləsi olsa da, Bağırov özü getmək istəyib.
Qeyd edək ki, Naxçıvan təmsilçisi Azər Bağırovun rəhbərliyi altında ötən mövsüm I Divizionda çempion olub.
Komanda cari mövsüm Premyer Liqada 29 turdan sonra 32 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.