"Sumqayıt"ın baş məşqçisi: "Biz dəfələrlə hücumdan boş dönürdük"
"Sumqayıt"ın baş məşqçisi Aleksandr Mixaylov Azərbaycan Basketbol Liqasının 3-cü turunun "Şəki" ilə görüşündən sonra (61:101) klubun mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, çalışdırıcı komandasının ribaundlarda uduzduqdan sonra rəqibin fərdi artırdığını və qələbə qazandığını deyib:
"Oyunçular belə vəziyyətlərdə bir-birinə dəstək olmalıdır. Rəqibin də oyununu təqdir etmək lazımdır. Əla hücumlar qurdular. Dəqiqlik faizləri yüksək idi. Biz dəfələrlə hücumdan boş dönürdük. Nəyisə dəyişmək istədik, bir ara xal fərqininçox da artmasına imkan vermədik".
Mixaylov 40 xallıq məğlubiyyətə bəhanə axtarmadıqlarını bildirib:
"Belə çətin vəziyyətlərdə oyuna tam köklənmək lazımdır. Məğlubiyyəti kənardan izləmək üzücüdür. Epizodik məqamlarda yaxşı oynadıq, amma ümumilikdə zəif təsir bağışladıq. Bəli, zədəli oyunçularımızın yoxluğu da müəyyən mənada öz sözünü dedi. Bəlkə də onlar meydanda olsaydı, qarşımızda fərqli mənzərə yaranacaqdı. Amma istənilən halda, xarakter nümayiş etdirmək lazımdır".