Azərbaycan milli komandasının üzvü İsveç klubuna keçə bilər
Karyerasını Polşa Superliqasında (Ekstraklassa) davam etdirən Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədov İsveçə yollana bilər.
Mediasport.az saytına verilən məlumata görə, "Radomiak"ın müdafiəçisi ilə skandinaviya ölkəsinin 1-ci Liqa təmsilçisi “Myallbü” maraqlanır.
Yüksək Liqa klubu polşalılarla 2026-cı ilin yayına qədər müqaviləsi olan 28 yaşlı futbolçunu qış transfer dönəmində heyətinə qatmağı planlaşdırır.
Xatırladaq ki, “Myallbü” 29 turdan sonra 5-ci pillədə qərarlaşıb.