Legioner azərbaycanlılar: Zamiqin komandası qələbə qazandı, Rahilin oynadığı "Radomyak" "sülh" bağladı

Legioner azərbaycanlılar: Zamiqin komandası qələbə qazandı, Rahilin oynadığı "Radomyak" "sülh" bağladı

Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvlərinin komandaları daxili birinciliklərdə meydana çıxıblar.

Mediasport.az xəbər verir ki, Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" evdə "Tirana"nı 1 qolla məğlub edib (1:0).

Zamiq oyuna start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.

Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hamburq"la heç-heçə edib (1:1). Millimizin üzvü 62-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Rahil Məmmədovun komandası "Radomyak" "Piast"la qarşılaşmada meydandan 1 xalla ayrılıb (1:1). Azərbaycanlı müdafiəçi görüşə əsas heyətdə start verib.

Renat Dadaşov və Həsən Nəzərlinin komandası "Ankaragücü" gözlənilmədən "İğdır"a uduzub (0:1). Dadaşov zədəli olduğu üçün adı matçın iştirak ərizəsinə daxil edilməyib, Nəzərli isə oyunu kənardan izləyib.

Emil Mustafayevli "Polessye" "Aleksandriya"ya məğlub olub (0:1). Mustafayev 68-ci dəqiqədə oyuna daxil olub.

Polşa Ekstraklasası. 14-cü tur

"Radomyak" - "Piast" 1:1



Almaniya 2-ci Bundesliqası. 11-ci tur

"Hamburq" - "Nürnberq" 1:1



Albaniya Superliqası. 12-ci tur

"Eqnatia" - "Tirana" 1:0

Ukrayna Premyer Liqası. 12-ci tur

"Aleksandriya" - "Polessye" 1:0



Türkiyə 1-ci Liqası. 11-ci tur

"İğdır" - "Ankaragücü" 1:0