Azərbaycanlı hakim "Sabah"ın avrokubok oyununa təyinat aldı

Azərbaycanlı hakim "Sabah"ın avrokubok oyununa təyinat aldı

Noyabrın 6-da Bakıda UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sabah" - "Bazel" qarşılaşmasının hakimləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, görüşdə əsas söz sahibi qazaxıstanlı Rüstəm Ömərov olacaq.

Ona yat xətdə Aleksey Dolqix və Dmitri Beloqradov kömək edəcəklər.

Matçda 4-cü hakim funksiyasını azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

“ASCO Arena”da reallaşcaq duel saat 18:00-da başlanacaq.

Xatırladaq ki, Adino Mustedanagiçin rəhbərlik etdiyi Azərbaycan çempionu ötən həftə İsveçrədə rəqibinə 0:6 hesabı ilə məğlub olub.