Azərbaycan Kubokunda 1/8 finalın bütün cütləri müəyyənləşdi

Azərbaycan Kubokunda 1/8 finalın bütün cütləri müəyyənləşdi

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, 1/8 final mərhələsinin son iki cütü bu gün müəyyənləşib.

Şamaxıda "Cəbrayıl"ı 5 qolla üstələyən "İmişli" növbəti mərhələdə "Kəpəz"ə rəqib olub.

"Baku Sportinq"in qapısından 4 cavabsız top keçirən "Qəbələ" isə 1/8 finalda "Qarabağ"la qarşılaşacaq.

1/8 final mərhələsi dekabrın 3-4-də keçiriləcək.


Azərbaycan Kuboku. 1/8 final


“Araz-Naxçıvan” - “Mingəçevir”

“Zirə” - “Şamaxı”

“Qaradağ Lökbatan” - “Səbail”

“Neftçi” - “Difai Ağsu”

“Turan Tovuz” - “Sabah”

“Sumqayıt" - MOİK

“Qəbələ” - “Qarabağ”

“Kəpəz” - “İmişli"