Qılıncoynatma millimiz üçün DÇ-nin sablya növü üzrə yarış yekunlaşdı

Qılıncoynatma millimiz üçün DÇ-nin sablya növü üzrə yarış yekunlaşdı

Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin Dünya çempionatında qılıncoynatmanın sablya növündə yarışlara yekun vurulub.

mediasport.az xəbər verir ki, ötən gün gənc oğlan və qızlar arasında komanda yarışı başa çatıb.

Zərifə Hüseynova, Fərəh Abbasova və Fidan Quliyevadan ibarət milli komandamız mundialda yarmfinala kimi irəliləyən Bolqarıstan yığmasına 39:45 hesabı ilə uduzub.

Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh Məmmədovdan ibarət komandamız ilk görüşündə Ukrayna kollektivinə 28:45 hesabı ilə məğlub olub. Əvvəlcə keçirilən gənc oğlan sablyaçıların şəxsi yarışında isə adları qeyd olunan qılıncoynadanlarımız qrup mərhələsini uğurla adlasa da, pley-offda mübarizəni dayandırıb. Murad Əkbərov və Ayxan Hüseynovda 64-lüyə yüksəliblər.

Qeyd edək ki, yığma üzvü Zərifə Hüseynova DÇ-nin fərdi yarışlarında Azərbaycanın qılıncoynatma tarixində ilk dəfə gümüş medal qazanıb.