UEFA bəyanat yaydı: "Qarabağ"ın oyununda 1 dəqiqəlik sükut olacaq
Bu həftə UEFA-nın bayrağı altında keçiriləcək oyunlar zamanı İspaniyada baş vermiş daşqın qurbanlarının xatirəsi yad ediləcək.
Mediasport.az xəbər verir ki, Avropa Liqasının 4-cü turunun "Budö Qlimt" - "Qarabağ" oyunu da 1 dəqiqəlik sükutla start götürəcək.
Ali futbol qurumu qəbul etdiyi qərarla bağlı bəyanat yayıb:
"Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar Valensiya və ətraf bölgələrdə ölümcül daşqın qurbanları, zərərçəkənlər 1 dəqiqəlik sükutla yad edillməsi ilə start götürəcək".
Təbii fəlakət zamanı 200-dən çox insan həyatını itirib.