Millimizin oyunu təxirə salındı

Millimizin oyunu təxirə salındı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib. 

Mediasport.az xəbər verir ki, yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb.

Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.