UEFA Avropa Liqası: "Qarabağ"ın Norveçə səfər proqramı açıqlandı
UEFA Avropa Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində Norveçdə "Budö Qlimt"lə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Mediasport.az saytına verdiyi məlumata əsasən, komanda skandinaviyaya sabah günortadan sonra yola düşəcək.
Azərbaycan çempionu yerli vaxtla təxminən 21:00-da Budö şəhərində olacaq. Heyət "Scandic Havet" otelində məskunlaşacaq.
Noyabrın 6-da, yerli vaxtla saat 17:40-da mətbuat konfransı, 18:00-da açıq məşq planlaşdırılıb.
Komanda Azərbaycana matçdan dərhal sonra geri dönəcək.
"Köhlən atlar"ı səfərdə dəstəkləmək istəyən azarkeşlər üçün 400 bilet ayrılıb.
Qarşılaşma noyabrın 7-də, Bakı vaxtilə saat 21:45-də start götürəcək.
Xatırladaq ki, Qurban Qurbanovun komandası ilk 3 turda məğlub olub, "Budö Qlimt" isə 2 qələbə və 1 heç-heçə edib.