Mourinyonu qəzəbləndirən epizod: "Avropa bu hakimləri tanısın!"

Mourinyonu qəzəbləndirən epizod: "Avropa bu hakimləri tanısın!"

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə Superliqasının 11-ci turunun "Trabzonspor"la oyunundan sonra (3:2) verdiyi açıqlama ilə gündəmə gəlib.

Mediasport.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı mübahisəli hakim qərarlarının qeydə alındığı derbi barədə bunları söyləyib:

"Bu liqanı (Türkiyə Superliqası - red.) Avropada yalnız oğlum izləyir. Premyer Liqa, Fransa, Almaniya, Portuqaliya, Niderland çempionatları da yayımlanır. Bu çempionatı kim izləsin axı? Penalti epizodunu "Instagram" hesabımda paylaşacağam. Bütün Avropa bu hakimləri tanısın!"

Beş qolun vurulduğu prinsipial qarşılaşmada İstanbul nəhəngi meydandan 3 xalla ayrılıb.

"Fənərbağça" turnir cədvəlində lider "Qalatasaray"dan 5 xal geridə - 23 xalla ikinci pillədə qərarlaşıb.