"Şamaxı" raundu 6 qolla keçdi, "Difai", "Mingəçevir" və "Qaradağ Lökbatan" da 1/8 finala yüksəldi

"Şamaxı" raundu 6 qolla keçdi, "Difai", "Mingəçevir" və "Qaradağ Lökbatan" da 1/8 finala yüksəldi

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, daha 4 qarşılaşma bu gün baş tutub.

Premyer Liqa təmsilçisi "Şamaxı" ilə yanaşı, 1-ci Liqa klubları - "Difai Ağsu", "Mingəçevir" və "Qaradağ Lökbatan" adlarını 1/8 finala yazdırıblar.

Raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" isə "Dinamo"nu (6:0) məğlub edib.

2-ci təsnifat mərhələsinə sabah yekun vurulacaq.


Azərbaycan Kuboku. 2-ci təsnifat mərhələsi


"Şamaxı" - "Şəmkir" 6:1

Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı şəhər stadionu.

"Mingəçevir" - "Zaqatala" 1:0

Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

"Qaradağ Lökbatan" - "Karvan" 3:0

Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Lökbatan OİK stadionu.

"Şəfa" - "Difai Ağsu" 2:2 (əlavə vaxt - 0:1)

Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"ASK Arena".