Azərbaycan əsilli britaniyalı idmançıdan DÇ-də tarixi nəticə

Azərbaycan əsilli britaniyalı idmançıdan DÇ-də tarixi nəticə

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnast Cessika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən Dünya çempionatında tarixi nəticəyə imza atıb.

mediasport.az xəbər verir ki, 17 yaşlı idmançı buna Böyük Britaniyanın qadın təmsilçiləri arasında dünya çempionatlarında şəxsi çoxnövçülük üzrə ilk medalı qazanmaqla nail olub.

Hakimlərdən 44.199 xal alan Qədirova bürünc medal qazanaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb. İstedadlı idmançının əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur. Onlar ötən il Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarında 3-cü yeri tutmaqla Böyük Britaniyaya 93 ildən sonra bu idman növü üzrə ilk olimpiya medalını qazandırmışdılar.