Könül Nurullayeva Koordinasiya Komissiyasının sədri seçildi
Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyadda İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) sessiyası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva iştirak edib.
O, Ər Riyad-2025 İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri vəzifəsinə seçilib.
K.Nurullayevanın sədr vəzifəsinə seçilməsi ilə bağlı qərar İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) sessiyasında qəbul olunub.