Güləşçilərimiz "Asiya uşaqları" Oyunlarında 3 medal qazanıblar

  Güləşçilərimiz "Asiya uşaqları" Oyunlarında 3 medal qazanıblar

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycanın koreş güləşçisi Fərid Nağıyev 60 kq çəki dərəcəsində bürünc medala yiyələnib.

Kəmər (alış) güləşi üzrə idmançılarımızdan Əli Ələsgərli (65 kq) gümüş, Fidan Bəşirli (55 kq) isə bürünc medal qazanıblar.