Diniyev 78-ci dəqiqə əvəzləndi, komandası 2 qol buraxıb uduzdu

Diniyev 78-ci dəqiqə əvəzləndi, komandası 2 qol buraxıb uduzdu

Azəbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, yarımmüdafiəçinin komandası 20-ci tur çərçivəsində "Ərzurumspor"un qonağı olub.

Diniyevin 78 dəqiqə meydanda olduğu matç rəqibin qələbəsi ilə yekunlaşıb.

Yığmamızın üzvü meydandan çıxandan sonra komandası iki top buraxıb - 0:2.

Qələbəsiz oyunlar seriyası 5-ə çatan Bandırma klubu 34 xalla 3-cü pillədə qərarlaşıb.