Güləşçilərimiz Tiranadakı dünya çempionatında iştirak edəcəklər
28-31 oktyabrda Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı keçiriləcək.
Mediasport.az xəbər verir ki, qeyri-olimpiya çəkiləri üzrə təşkil ediləcək mundialda Azərbaycanda iştirak edəcək.
Ölkəmizi 10 idmançı təmsil edəcək.
Yarışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yunan-Roma güləşçiləri start verəcək: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (82 kq).
Daha sonra estafet qadınlara keçəcək. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi qüvvəsini sınayacaq: Alyona Kolesnik (59 kq), Elis Manolova (65 kq).
Çempionata baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər yekun vuracaq: Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (70 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (92 kq).