Azərbaycan idmançıları xatirə turnirində 5 medal qazanıblar
Azərbaycanın sərbəst güləşçiləri Dağıstanın Kaspiysk şəhərində keçirilmiş Əli Əliyevin xatirə turnirində iştirak ediblər.
Mediasport.az xəbər verir ki, 54-cü dəfə keçirilən turnirdə Azərbaycanla yanaşı, Rusiya, Bəhreyin, Belarus, Macarıstan, Dominikan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tunis, Özbəkistan və İsveçrədən olan güləşçilər yarışıblar.
Güləşçilərimiz ənənəvi turnirdə 2 "qızıl" və 3 "bürünc" qazanıblar.
Əli Rəhimzadə (65 kiloqram) və Aslan Abakarov (97 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Heybətov, Murad Yevloyev (hər ikisi 70 kiloqram) və Şamil Zubairov (92 kiloqram) isə üçüncü yeri tutub.