Hacıyev DÇ-də gümüş medal qazandı
Sərbəst güləşçimiz Hacımurad Hacıyev (74 kq) İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında final matçına çıxıb.
mediasport.az xəbər verir ki, iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə üz-üzə gələn yığmamızın üzvü gümüş medalla kifayətlənib.
Daha əvvəl isə yunan-Roma güləşçilərimiz Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) qızıl, sərbəst güləşçilərdən isə Kənan Heybətov (70 kq) və İslam İlyasov (97 kq) bürünc medala sahib çıxıb. Nigar Mirzəzadə (65 kq) gümüş medalla kifayətlənib.