Günay Məmmədzadənin klubu Almaniyada dünya üçüncüsü oldu
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin çıxış etdiyi Hindistanın "Tim MGD1" klubu Almaniyanın Düsseldorf şəhərində keçirilən rapid üzrə komandalararası dünya çempionatında bürünc medal qazanıb.
Mediasport.az xəbər verir ki, Hindistan təmsilçisi 36 komandanın iştirak etdiyi yarışda 18 xalla üçüncü olub.
Məmmədzadə "Team MGD1" klubunun heyətində keçirdiyi 4 oyuna 3 xal toplayıb.
Qeyd edək ki, dünya çempionatında ilk iki pillədə “WR Çess” (22 xal) və “Fridom” (20 xal) komandaları qərarlaşıb.