Gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia vəfat edib
Yunan-Roma güləşi üzrə dünya çempionu Nuqzari Tsurtsumia (55 kq) vəfat edib.
Mediasport.az xəbər verir ki, bu barədə Gürcüstan Güləş Federasiyası məlumat yayıb.
27 yaşlı pəhləvanın ölüm səbəbi məlum deyil.
Gürcüstanın "Ajara TV" xəbər agentliyi isə Tsurtsumianın Xobi şəhərindəki evində ölü tapıldığını yazıb.
Tsurtsumia sonuncu dəfə iyunda Macarıstanın paytaxtı Budapeştdə reytinq yarışında iştirak edib.
Millimizin üzvü Eldəniz Əzizlinin çempion olduğu turnirdə mərhum güləşçi 3-cü olub.
Nuqzari bütün turnirlərdə təmsilçimizin əsas rəqiblərindən sayılıb.