Azərbaycan güləşçisi dünya çempionatının yarımfinalına çıxdı
İordaniyanın Əmman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, mundialın üçüncü günündə qızların mübarizəsi start götürüb.
Azərbaycanın yarışa qoşulan 2 təmsilçisindən biri - Esra Məmmədli yarımfinala yüksəlib.
49 kq çəkidə güləşən idmançımız ilk iki görüşündə qırğızıstanlı Feruza Akmatbekova (8:1) və macarıstanlı Sonya Nemetə (4:0) qalib gəlib. O, final yolunda yaponiyalı Utaha Yui ilə qarşılaşacaq.
57 kq çəkidə yarışan Fidan Babayeva isə 1/8 finalda belaruslu Palina Brahinetsə (AİN) uduzub - 0:2.
Qeyd edək ki, millimiz DÇ-də 6 qız güləşçi ilə təmsil olunacaq.