"Zaqreb Open": Xorvatiyadakı turnirə bu gün yekun vurulacaq
Xorvatiyada keçirilən "Zaqreb Open" turniri bu gün başa çatacaq.
Mediasport.az xəbər verir ki, sonuncu yarış günündə 6 yunan-Roma güləşçimiz mübarizə aparacaq.
Nihat Məmmədli (60 kq), Ülvü Qənizadə (72 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) xalça üzərinə çıxacaqlar. Kandelaki ilə Şəriəti 1/16 final mərhələsində qarşılaşacaqlar.
Bunadək yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal, Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin, qadınlardan Alyona Kolesnik (59 kq) bürünc medal qazanıblar.