Maqomedxan Maqomedov finalda

Maqomedxan Maqomedov finalda

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirinə start verilib.

Mediasport.az xəbər verir ki, ilk gün yarışa qoşulan Azərbaycanın 4 sərbəst güləşçisindən Maqomedxan Maqomedov daha uğurlu çıxışla yadda qalıb.

97 kq çəki dərəcəsindəki təmsilçimiz finala yüksəlib.

Xatırladaq ki, Azərbaycan millisi iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.