Milli komandamız Avropa çempionatında tarixi uğur qazanıb

Milli komandamız Avropa çempionatında tarixi uğur qazanıb

Yunan-Roma güləşi üzrə millimiz Rumıniyada keçirilən Avropa çempionatında tarixi uğura nail olub.

Mediasport.az xəbər verir ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edən yığmamız medalların əyarına görə Avropa çempionatlarında ən yaxşı nəticəsinə imza atıb.

Komandamız ilk dəfə bir qitə birinciliyində 3 qızıl medal qazanıb.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) Avropa çempionu olub. Rəşad Məmmədovla (55 kq) Ülvi Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.

Yığmamız 142 xalla ardıcıl 2-ci dəfə yekun sıralamada ikinci pillədə qərarlaşıb. Millimiz çempion olan Türkiyədən cəmi 5 xal geri qalıb.