"Hədəf Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır"
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev milli komandanın durumu haqda açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarından söz açıb:
"Yalnız konkur yarışında deyil, dresaj - atsürmə üzrə milli komandamız da var və onlar Azərbaycandan kənarda ilboyu təlim-məşq toplanışlarındadırlar.
Ümid edirik ki, ölkəmiz 2028-ci ildə atçılıq yarışlarındada bir deyil, iki komanda ilə təmsil olunacaq. Əsas hədəfimiz 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır".
Federasiya rəsmisi Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanın atçılıq idmanında təmsil olunmayacağını xatırladıb.